Valyuta məzənnəsi
Xəbər lentİ
 09:37  Manat BUGÜN

Yataqxanada baş vermiş yanğın zamanı 7 sakinə tibbi yardım göstərilib - Səhiyyə Nazirliyi

12:31, 10.04.19
azerbaycan, hadise
Yataqxanada baş vermiş yanğın zamanı 7 sakinə tibbi yardım göstərilib - Səhiyyə Nazirliyi

Yataqxanadakı yanğınla bağlı 7 nəfərə tibbi yardım göstərilib

Bakının Babək prospektində məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş vermiş yanğın zamanı 7 sakinə yerində tibbi yardım göstərilib.

Xeberpress.az bildirir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə yerində olan iki təcili tibbi yardım briqadası həmin şəxslərə dərhal tibbi yardım göstərib.

Onlardan 3 nəfər kişi, 3 nəfəri qadın, 1 nəfəri isə uşaqdır.

Qeyd edək ki, hadisə yerinə cəlb olunan yanğınsöndürmə briqadaları və xilasedicilərin səyi nəticəsində yanğın hadisəsinin qarşısı alınıb. Xilasedicilər yataqxanada köməksiz vəziyyətdə qalmış 2 nəfəri xilas edib, 1 nəfər isə özünü yataqxananın 5-ci mərtəbəsindən atıb.

X X X

12:02

Bakıda məcburi köçkünlərin yaşadığı yataqxanada yanğın hadisəsi baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib.

Xeberpress.az bildirir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirib ki, Babək prospektində baş verən yanğınla bağlı iki təcili yardım briqadası göndərilib.

Onun sözlərinə görə, təcili tibbi yardım briqadaları hadisə yerində bir neçə nəfərə tibbi yardım göstərib: "Hadisə zamanı 45 yaşlı kişi isə alovun əhatəsində qaldığından qorxaraq özünü 5-ci mərtəbədən atıb. Hazırda həmin şəxsin vəziyyəti çox ağırdır və təcili yardım briqadası xəstəni 3 saylı Şəhər Klinik Xəstəxanasına aparır".


Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla