Valyuta məzənnəsi
Xəbər lentİ
 09:37  Manat BUGÜN

Elinanın intihar anı yayıldı - ŞOK VİDEO

09:29, 10.04.19
azerbaycan, video
Elinanın intihar anı yayıldı - ŞOK VİDEO

Bakı şəhərinin 162 saylı məktəbində baş verən intihar hadisəsinin görüntüləri yayımlanıb.

Videoda məktəbli Elina Hacıyeva darısqal dəhlizin ortasına kimi yeriyir, pəncərənin qarşısında dayanır, əyilib corablarını düzəldir, sinfə tərəf baxır, sonra pəncərənin kənarına çıxır, sonra da özünü atır.

Xatırladaq ki, bir neçə gün əvvəl məktəbin səkkizinci sinif şagirdi Elina Hacıyeva məktəbin üçüncü mərtəbəsindən özünü atıb. O, yaralı halda xəstəxanaya çatdırılıb. Bir neçə gün sonra isə vəfat edib.

Onun məktəbdə şagirdlərin təzyiqi ilə üzləşdiyi, bu səbəbdən də özünü əvvəlcə dərman içərək, daha sonra isə pəncərədən ataraq öldürmək istədiyi qeyd edilir.

Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü intihar həddinə çatdırma) üzrə cinayət işi açılıb.






****

İntihar edən Elinanın tükürpədici məktubu üzə çıxdı

Qəbrimin üstünə gəlməyin, məni sağ olanda çox istəyərdiz. Öləndən sonra məni istəməyiniz lazım deyil. Mən sizə lazım deyildim, qəbrimin üstünə gəlməyin.

Xeberpress.az yerli KİV-ə istinadən məlumat verir ki, Elinanın xalası qızı Diana Hacıyeva jurnalistlərə açıqlamasında bildirib ki, bu sözləri dəftərinin bir küncünə aprelin 4-də 162 saylı məktəbin 8-ci sinif şagirdi, Elina Hacıyeva yazıb.

Diana Hacıyeva bildirib ki, o onunla eyni sinifdə oxuyub:

“Elina özünü atmamışdan əvvəl zəng elədi, dedi ki, mənə vacib sözü var, mənsə bildirdim ki, anam evdə qapını üzümə bağlayıb gedib, sabah görüşərik.

Sabahı gün məktəbə getməmişdim, günortaya yaxın anam dedi ki, Elina məktəbdə yıxılıb. Anam mənə onu deyəndə bildim ki, o, yıxılmayıb, özünü atıb. Çünki özünü öldürmək istədiyini tez-tez deyirdi. Deyirdi, məni heç kəs çox istəmir, hamı məni təhqir eləyir”.

Xatırladaq ki, bir neçə gün əvvəl məktəbin səkkizinci sinif şagirdi Elina Hacıyeva məktəbin üçüncü mərtəbəsindən özünü atıb. O, yaralı halda xəstəxanaya çatdırılıb. Bir neçə gün sonra isə vəfat edib.

Onun məktəbdə şagirdlərin təzyiqi ilə üzləşdiyi, bu səbəbdən də özünü əvvəlcə dərman içərək, daha sonra isə pəncərədən ataraq öldürmək istədiyi qeyd edilir.

Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü intihar həddinə çatdırma) üzrə cinayət işi açılıb.


***

162 nömrəli məktəbin direktoru işdən kənarlaşdırılmasını artıq hansı məqsəd daşıdığını başa düşüb, bu təhlükəni dəf etmək üçün, o cümlədən həbs olunacağından qorxub Elinanın valideyinlərini pulla ələ almağa çalışması ilə bağlı hərəkətə başlayıb!

Mən qızımın qanını yerdə qoymayacağam. Ədalətin bərqərar olması üçün bu işin sonuna qədər gedəcəyəm. Çünki mənim balam çox təmiz və mələk idi. Mən həmin direktorun və ya bundan sonra müəllimə işləyəcəksə müəllimə kimi digər anaların uşaqlarını məhv etməsinə icazə verməyəcəm”.

Bu açıqlamanı özünü məktəbin 3-cü mərtəbəsindən ataraq intihar edən mərhum Elina Hacıyevanın anası Sevil Hacıyeva deyib. O, ötən gün 162 saylı məktəbin keçmiş direktoru Sevinc Abbasovanın onun və Elinanın haqqında işlətdiyi nalayiq ifadələrlə bağlı da danışıb.

Yenicə balasını itirmiş ana baş vermiş hadisəylə bağlı Sevinc Abbasovanı məhkəməyə verəcəyini də açıqlayıb:
“Mən onu məhkəməyə verəcəyəm. Hazırda araşdırmanın nəticəsini gözləyirəm. Bu iş belə qalmayacaq. Utanmadan məktəbin direktoru Sevinc Abbasova mənim yanıma gəlib, Badamdar qəsəbəsində ən bahalı yerdə torpaq sahəsi təklif etdi ki, bircə mən danışmayım və məsələ bağlansın. Onu evdən qovdum…”

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla