Valyuta məzənnəsi
Xəbər lentİ
 09:37  Manat BUGÜN

MOK-un vitse-prezidenti İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin iclasında

11:55, 08.04.19
azerbaycan, idman
MOK-un vitse-prezidenti İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin iclasında

MOK-un vitse-prezidenti İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin iclasında iştirak edib

Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda İHİF-in və Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə də iştirak edib.

Xeberpress.az xəbər verir ki, MOK-dan bildiriblər ki, tədbir çərçivəsində İHİF prezidentliyinə namizəd Şahzadə Abdulaziz bin Turki Alfaisal Ç.Hüseynzadə ilə görüşərək qurumun fəaliyyəti barədə müzakirələr aparıb. Həmçinin İHİF-in baş katibi Mohammed Saleh Al-Qarnas, prezident səlahiyyətlərini icra edən Hamad Kalkaba Malboum bu qurumun fəaliyyətinə dair hesabat məruzələri ilə çıxış ediblər.

Tədbir çərçivəsində, həmçinin qurumun növbədənkənar Baş Assambleyanın iclası keçiriləcək. Assambleyanın iclasında İslam Həmrəyliyi İdman Federasiyasının yeni prezidenti seçiləcək. Bundan başqa, hesabat çıxışları dinləniləcək, 2021-ci ildə İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə dair müzakirələr aparılacaq.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla