Valyuta məzənnəsi
Xəbər lentİ

Qazaxıstan nümayəndə heyəti “Yüksək Texnologiyalar Parkı”nda

15:59, 03.04.19
azerbaycan, iqtisadiyyat
Qazaxıstan nümayəndə heyəti “Yüksək Texnologiyalar Parkı”nda

Qazaxıstan nümayəndə heyəti “Yüksək Texnologiyalar Parkı”nı ziyarət edib

Azərbaycanda səfərdə olan Qazaxıstan Respublikasının rəqəmsal inkişaf, müdafiə aviasiya sənayesi naziri Askar Jumaqaliyev və digər rəsmi nümayəndələr Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Yüksək Texnologiyalar Parkını” ziyarət ediblər.

Xeberpress.az bildirir ki, Nazirlikdən verilən məlumata görə, görüş zamanı Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli qonaqlara parkın fəaliyyəti, İnnovasiyalar Agentliyinin gələcək fəaliyyəti və “Falcons Summit” haqqında məlumat verib.

Tədbirdə Azərbaycandakı "Huawei", "CISCO", "Oracle", "Lenovo", "BestComp Group" kimi beynəlxalq şirkətlər iştirak ediblər və əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparıblar.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla