Valyuta məzənnəsi
Xəbər lentİ

Nazirlikdən Tovuzdakı partlayışda xəsarət alanların vəziyyəti ilə bağlı AÇIQLAMA

12:40, 01.04.19
azerbaycan, cemiyyet
Nazirlikdən Tovuzdakı partlayışda xəsarət alanların vəziyyəti ilə bağlı AÇIQLAMA

Səhiyyə Nazirliyi Tovuzdakı partlayışda xəsarət alanların vəziyyətini açıqladı

Səhiyyə Nazirliyi Tovuzda birmərtəbəli fərdi yaşayış evində baş verən partlayış nəticəsində xəsarət alanların durumunu açıqlayıb.

Xeberpress.az bildirir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Tovuz rayonunun Aşağı Öysüzlü kəndində baş verən partlayışla əlaqədar hadisə yerinə martın 31-də saat 23:20-də təcili tibbi yardım briqadası gəlib.

Hadisə nəticəsində xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib.

1964-cü il təvəllüdlü Qurbanova Zemfira travmatik şok keçirib, onun diaqnozu yuxarı ətraflarının soyulmuş yarası olub. 1992-ci il təvəllüdlü Həsən İmamverdiyevə isə bel fəqərəsinin sınığı diaqnozu qoyulub. Xəstələrin həyatı üçün təhlükə yoxdur.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla