Valyuta məzənnəsi

SOCAR-ın prezidenti Gürcüstanda işgüzar səfərdə olub

10:36, 01.04.19
azerbaycan, iqtisadiyyat
SOCAR-ın prezidenti Gürcüstanda işgüzar səfərdə olub

SOCAR-ın prezidenti Gürcüstanda işgüzar səfərdə olub

Martın 29-30-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin nümayəndə heyəti Gürcüstanda işgüzar səfərdə olub.

Xeberpress.az bildirir ki, Şirkətdən bildirilib ki, SOCAR-ın prezidenti Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə görüş keçirib. Görüşdə tərəflər arasındakı əməkdaşlıq ilə bağlı məsələlər müzakirə olunub, gələcək əməkdaşlıq istiqamətlərinə toxunulub, perspektivli tərəfdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

R.Abdullayev səfər çərçivəsində “SOCAR Energy Georgia” şirkətinin Tbilisidə yerləşən baş ofisində keçirilən işgüzar iclasda iştirak edib. “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov şirkətin 2018-ci il üzrə əsas əməliyyat nəticələrini məruzə edib, 2019-cu il üçün nəzərdə tutulan strateji fəaliyyət planı barədə ətraflı məlumat verib. İclasda şirkətin 2019-cu il üçün nəzərdə tutulan fəaliyyət planı ilə bağlı təlimatlar verilib və əsas fəaliyyət istiqamətləri müəyyən edilib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla