Valyuta məzənnəsi

Naqif Həmzəyev Milli Məclisin İnsan hüquqları komitəsinin yeni üzvü seçildi

12:21, 29.03.19
azerbaycan, siyaset
Naqif Həmzəyev Milli Məclisin İnsan hüquqları komitəsinin yeni üzvü seçildi

Milli Məclisin İnsan hüquqları komitəsinə yeni üzv seçilib.

Bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında təklif irəli sürülüb.

Təklifə əsasən deputat Naqif Həmzəyev komitənin yeni üzvü seçilib.

Qeyd edək ki, Milli Məclisinin növbəti plenar iclası öz işinə başlayıb.

Toplantının gündəliyinə 25 məsələ daxildir.

Bunlar "Hesablama Palatası haqqında", "Konstitusiya Məhkəməsi haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Dövlət rüsumu haqqında", "Təhsil haqqında", "Peşə təhsili haqqında" və s. qanunlara, o cümlədən Vergi, Əmək, İnzibati Xətalar, Cəzaların İcrası məcəllələrinə dəyişiklik layihələridir.

Deputatlar yeni hazırlanan "Mediasiya haqqında" qanun layihəsinə də baxacaqlar.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla