Valyuta məzənnəsi
Xəbər lentİ

Sabah Bakının mərkəzi küçə və prospektləri bağlı olacaq.

11:59, 11.12.15
azerbaycan, cemiyyet
Sabah Bakının mərkəzi küçə və prospektləri bağlı olacaq.

Sabah Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar məhdudlaşdırılacaq. Bakının mərkəzi küçə və prospektləri bağlı olacaq.

Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai Əlaqələr Bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov açıqlamasında bildirib.

Səhər saat 08:00-dan tədbir tam başa çatana qədər Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi-Teleteatr binası yanından və Parlament prospekti ilə kəsişən digər küçə və prospektlərdə - Parlament prospektinə paralel Abbasqulu Abbaszadə və İzzət Nəbiyev küçələrinin kəsişməsindən nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdiriləcək.

Sürücülərdən xahiş edilir ki, alternativ yollardan və ictimai nəqliyyatdan istifadə etsinlər.

Xatırladaq ki, ümumilli lider H .Əliyevin səhhətində problemlər 2003-cü ildə yaranıb. Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend Klinikasında vəfat edib. O, dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn olunub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla