Valyuta məzənnəsi
Xəbər lentİ

DAA-nın Müstəqillik Günü ilə bağlı növbəti tədbiri Bakıda keçirildi

09:35, 20.10.16
azerbaycan, cemiyyet
DAA-nın Müstəqillik Günü ilə bağlı növbəti tədbiri Bakıda keçirildi

DAA-nın müstəqillik günüylə bağlı növbəti tədbiri Bakıda keçirildi.
Dünya Azərbaycanlıları Assambleyasının müstəqilliyimizin 25 illiyinə həsr olunmuş növbəti möhtəşəm tədbiri baş tutub.
Oktyabrın 19-da Dünya Azərbaycanlıları Assambleyasının Azərbaycan nümayəndəliyinin təşkilatçılığ ilə Beynəlxalq Mətbuat Mərkəzinin dəyirmi zalında “müstəqilliyimizin bərpasında və qorunmasında dünya azərbaycanlılarının rolu” mövzusunda dəyirmi masa keçirilib. Tədbir dövlət himinin səsləndirilməsi ilə başlayıb. DAA-nın Azərbaycan nümayəndəliyinin rəhbəri Könül Məmmədzadə müstəqillik gününün tarixi və mahiyyətindən söz açıb.
Tədbirdə çıxış edən Dünya Azərbaycanlıları Assambleyasının diaspora və lobbiçilik üzrə vitre-prezidenti Sərraf Kərimov xaricdə yaşayan həmvətənlilərimizin və diaspora təşkilatlarımızın fəaliyyətindən söhbət açıb:
“Yaddan çıxartmaq lazım deyil ki, dövlət müstəqilliyimizin qorunub saxlanılmsında xaricdə yaşayn həmvətənlilərimizin və diaspora təşkilatlarımızın böyük rolu vardır.”
Daha sonra söz millət vəkili Adil Əliyevə verilib. Millət vəkili çıxışında aprel döyüşlərinə geniş yer ayırıb. Tədbirdə eyni zamanda Qarabağ döyüşlərinin qazisi Kamil Musəvi də iştirak edirdi. O çıxışında Qarabağdakı döyüş əzmindən danışıb. Gəncləri də vətənpərvərlik hissləriylə yaşamağa səsləyib. Qarabağ qazisinin çıxışı tədbir iştirakçıları tərəfindən ayaq üstə alqışlanıb.
Tədbirdə eyni zamanda QHT rəhbərləri, ziyalılar və KİV-lər iştirak edirdi.
Sonda Dünya Azərbaycanlıları Assambleyasının Azərbaycan nümayəndəliyi tərəfindən müstəqilliyimizin 25 illiyinə həsr olunmuş sujet nümayiş etdirilib.
Dünya Azərbaycanlıları Assambleyasının Mətbuat Xidməti

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla