Valyuta məzənnəsi
Xəbər lentİ

Şəmkir Gənclər Mərkəzində gənclərlə görüş keçirilib - FOTO

09:29, 06.03.19
azerbaycan, bolge
Şəmkir Gənclər Mərkəzində gənclərlə görüş keçirilib - FOTO

Şəmkir Gənclər Mərkəzində gənclərlə görüş keçirilib.

Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusif Məmmədəliyev, Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsini məsul əməkdaşı Həmid Nəsibov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Şəmkir Gənclər və İdman idarəsinin rəisi Emin İsmayılov və Şəmkirdən olan aktiv gənclər və gənc birliklərin üzvləri görüşdə iştirak ediblər.

Xeberpress.az xəbər verir ki, görüşdə çıxış edənlər ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, onlara yaradılan hərtərəfli şəraitdən, geniş imkanlardan, Şəmkirin ictimai-siyasi həyatında gənclərin geniş fəallığından söhbət açıblar. Əldə olunan uğurlara görə Azərbaycan Respublikasinin Prezidenti cənab İlham Əliyevə gənclər adından dərin minnətdarlıq bildiriblər.

Gənclərlə keçirilən görüşdə yaxın gələcəkdə Gənclər Mərkəzində icra olunacaq fəaliyyət, struktur, gənclərin Mərkəzdə könüllü çalışmaları üçün vakansiyalar, qarşıda duran mühüm məqsəd və vəzifələr barədə danışılıb.

Müzakirə formatında davam edən görüşdə gənclərin təklifləri dinlənilib.

Sonda qonaqlar Gənclər Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar.

Şəmkir Gənclər Mərkəzində gənclərlə görüş keçirilib - FOTO
Şəmkir Gənclər Mərkəzində gənclərlə görüş keçirilib - FOTO
Şəmkir Gənclər Mərkəzində gənclərlə görüş keçirilib - FOTO
Şəmkir Gənclər Mərkəzində gənclərlə görüş keçirilib - FOTO
Şəmkir Gənclər Mərkəzində gənclərlə görüş keçirilib - FOTO
Şəmkir Gənclər Mərkəzində gənclərlə görüş keçirilib - FOTO
Şəmkir Gənclər Mərkəzində gənclərlə görüş keçirilib - FOTO
Şəmkir Gənclər Mərkəzində gənclərlə görüş keçirilib - FOTO
Şəmkir Gənclər Mərkəzində gənclərlə görüş keçirilib - FOTO

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla