Valyuta məzənnəsi
Xəbər lentİ

"Azərbaycan müstəqilliyinin 25 ilində böyük nailiyyətlər əldə edib"

11:24, 19.10.16
azerbaycan, cemiyyet
"Azərbaycan müstəqilliyinin 25 ilində böyük nailiyyətlər əldə edib"

"Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub və ölkəmiz o vaxtdan bəri birgə qurduğumuz səmimi dostluğu yüksək dəyərləndirir".

Xeberpress.az Trend-ə istinadən bildirir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin Azərbaycanın Dövlət Müstəqilliyi ilə bağlı təbrik bəyanatında deyilir.

Bəyanatda deyilir: "Azərbaycan müstəqilliyinin 25 ilində böyük nailiyyətlər əldə edib və biz ifadə azadlığını, siyasi iştirakı, qanunun aliliyini təbliğ etmək, iqtisadi inkişafı gücləndirmək, terrorizmlə mübarizə aparmaq və Azərbaycan vətəndaşlarının hüzurlu və sabit gələcəklərini təmin etmək tədbirlərinə dəstək vermək məqsədilə birgə çalışmağa davam etməyə hazırıq. ABŞ Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunmasında vasitəçilik roluna sadiq olaraq qalır. Əsrin dörddə biri qədər mövcüd olan müstəqilliyin bu əlamətdar ildönümü münasibətilə amerikalılar azərbaycanlılara ən xoş arzularını çatdırırlar".

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla