Valyuta məzənnəsi
Xəbər lentİ

Deputat Kamaləddin Qafarovun təşəbbüsü ilə Binəqədi rayonunda sakinlərin onkoloji müayinəsi aparılır - YENİLƏNİB - FOTO + VİDEO

17:17, 02.03.19
azerbaycan, video
Deputat Kamaləddin Qafarovun təşəbbüsü ilə Binəqədi rayonunda sakinlərin onkoloji müayinəsi aparılır - YENİLƏNİB - FOTO + VİDEO

Deputat Kamaləddin Qafarovun təşəbbüsü ilə Binəqədi rayonunda sakinlərin onkoloji müayinəsi aparılır

Milli Onkologiya Mərkəzinin həkimləri Bakının Binəqədi rayonunda Rəsulzadə qəsəbəsindəki Ə.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanada əhali arasında onkoloji müayinə tədbiri aparıb.

Xeberpress.az xəbər verir ki, müayinə tədbiri Milli Məclisin Binəqədi rayonundan seçilmiş deputatı Kamaləddin Qafarovun təşəbbüsü və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilib.

Martın 1-dən başlanılan müayinə tədbirlərinə Milli Onkologiya Mərkəzinin müasir və yüksək standartlara cavab verən səyyar diaqnostika kompleksi cəlb olunub, xəstəxanada qeydiyyat və müayinə otaqları ayrılıb. Mərkəzin on nəfərdən artıq həkim və tibb işçisi diaqnostika kompleksləri vasitəsilə bir neçə istiqamətdə - baş-boyun, mamoloji və ultrasəs üzrə müayinələr aparıblar.

Müayinə üçün müraciət edən hər bir sakinin dəqiq qeydiyyatı aparılıb və onlar sağlamlıq problemlərinə uyğun olaraq müvafiq müayinə otaqlarına göndərilib. Müayinələr həm xəstəxananın tibbi kabinetlərində, həm də müalicə müəssisəsinin həyətində səyyar diaqnostika və mamoloji komplekslərdə həkimlər tərəfindən ciddi şəkildə yoxlanılıb. Müayinələrin nəticələri rəsmi qaydada vətəndaşların özlərinə təqdim edilib.

Səhiyyə nazirliyinin baş onkoloqu Azad Kərimli aparılan müayinələr barədə deyib: “Hər il Milli Onkologiya Mərkəzi əhali arasında profilaktik müayinə tədbirləri aparır. Artıq ikinci dəfədir ki, Binəqədi rayonunda onkoloji müayinələr keçirilir. Aparılan müayinələrin başlıca məqsədi əhali arasında onkoloji xəstəliklərin vaxtında aşkar edilərək müalicəyə cəlb olunmasıdır. Keçən il Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndində, Füzuli rayonun Horadiz şəhərində, Ağcabədi rayonun Taxtakörpü qəsəbəsində Laçın rayonundan olan məcburi köçkünlər üçün profilaktik müayinə tədbirləri təşkil etmişik. Növbəti belə tədbirin Bakının Xəzər rayonunda və ölkəmizin şimal-qərb bölgəsində keçirilməsini nəzərdə tutmuşuq”.

Tədbirin ilk günü rayonun 700-ə yaxın sakini onkoloji müayinələrdən keçirilib. Onlardan birinin qarın boşluğunda törəmə olduğu aşkar edilib, 6 nəfərin süd vəzində isə xəstəliklə əlaqədar daha dərin müayinə aparılması üçün Milli Onkoloji Mərkəzə dəvət olunub.

Ümumilikdə iki gün davam edən profilaktik müayinə tədbirləri zamanı 1200-dən çox sakin onkoloji müayinədən keçib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla