Valyuta məzənnəsi
Xəbər lentİ

Ayrı-ayrı siyasətçilərin öz nəzər nöqtəsi var, qəribədir ki, siz bunu başa düşmürsünüz - Zaxarovanın erməni jurnalistə CAVABI

09:55, 01.03.19
azerbaycan, siyaset
Ayrı-ayrı siyasətçilərin öz nəzər nöqtəsi var, qəribədir ki, siz bunu başa düşmürsünüz -  Zaxarovanın erməni jurnalistə CAVABI

Mariya Zaxarova erməni jurnalisti yerinə oturtdu

Rusiyada icra hakimiyyəti var, həm də ayrı-ayrı siyasətçilərin öz nəzər nöqtəsi mövcuddur və bu normaldır.

Xeberpress.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Bakıda Xocalı soyqırımının ildönümü ilə bağlı yürüşdə Rusiya Dövlət Dumasının deputatlarının iştirakı ilə əlaqədar erməni jurnalistin sualını cavablandırarkən deyib.

M.Zaxarova xatırladıb ki, demokratik cəmiyyətdə xalq qanunverici quruma müxtəlif siyasi görüşlü şəxsləri seçir:

“Rusiyada həm də hakimiyyət bölgüsü var. Bizdə icra hakimiyyəti var və mən Rusiyanın rəsmi mövqeyini səsləndirmişəm, həm də ayrı-ayrı siyasətçilərin öz nəzər nöqtəsi var və bu normaldır. Qəribədir ki, siz bunu başa düşmürsünüz”.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla