Valyuta məzənnəsi
Xəbər lentİ
 13:01  Sabahın HAVASI

Azərbaycanda sulu qəlyanların istifadəsi məhdudlaşdırılacaq

10:32, 19.10.16
azerbaycan, cemiyyet
 Azərbaycanda sulu qəlyanların istifadəsi məhdudlaşdırılacaq

"Azərbaycanda "Tütün istehlakının məhdudlaşdırılması haqqında" qanun lahiyəsi artıq hazırdır".

Xeberpress.az bildirir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsi tərəfindən hazırlanıb: "Yaxın vaxtlarda komitə bu qanun layihəsini müzakirəyə çıxaracaq. Bu ilin sonuna qədər Milli Məclisin plenar iclasına tövsiyə olunması gözlənilir".

M.Quliyev qeyd edib ki, qanun layihəsində tütün məmulatlarının istehlakı ilə yanaşı, sulu qəlyanların da istifadəsinin məhdudlaşdırılması nəzərdə tutulub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla