Valyuta məzənnəsi
Xəbər lentİ

Naxçıvanın Ali Məclisinin Sədri Vasif Talıbov İranın Maku Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru ilə görüşüb - FOTO

16:36, 27.02.19
azerbaycan, bolge
Naxçıvanın Ali Məclisinin Sədri Vasif Talıbov İranın Maku Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru ilə görüşüb - FOTO

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Fevralın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Maku Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru Qulamrza Süleymaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xeberpress.az bildirir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, Ali Məclisin Sədri qonaqları Naxçıvanda görməkdən məmnunluğunu ifadə edib, yeni vəzifəsində Qulamrza Süleymaniyə uğurlar arzulayıb. Ali Məclisin Sədri ölkə prezidentləri arasındakı xoş münasibətin Azərbaycan-İran əlaqələrinin inkişafında mühüm amil olduğunu bildirib. Naxçıvan Muxtar Respublikası ilə İranın Qərbi və Şərqi Azərbaycan vilayətləri arasındakı iqtisadi və mədəni əlaqələrdən bəhs edən Ali Məclisin Sədri gömrük-keçid məntəqələrinin fəaliyyətini və gediş-gəlişin artmasını əməkdaşlığın nəticəsi kimi dəyərləndirib.

Ali Məclisin Sədri muxtar respublikanın iş adamlarının Maku Azad Ticarət və Sənaye Zonası ilə əlaqələrindən danışıb və səfərin əhəmiyyətini vurğulayıb.

Qulamrza Süleymani İranın Azad Ticarət, Sənaye və Xüsusi İqtisadi Zonalar üzrə rəhbəri Morteza Bankın və Qərbi Azərbaycan Vilayətinin valisi Məhəmməd Mehdi Şəhriyarinin salamlarını Ali Məclisin Sədrinə çatdırıb. Maku Azad Ticarət və Sənaye Zonasının fəaliyyətindən danışan Qulamrza Süleymani ikitərəfli əlaqələrə və Naxçıvan Muxtar Respublikasının inkişafına diqqət çəkib, əməkdaşlığın perspektivlərini qeyd edib.

Ali Məclisin Sədri İranın Azad Ticarət, Sənaye və Xüsusi İqtisadi Zonalar üzrə rəhbərinin və Qərbi Azərbaycan Vilayətinin valisinin salamlarına görə təşəkkür edib, onun da salamlarını Morteza Banka və Məhəmməd Mehdi Şəhriyariyə çatdırmağı xahiş edib.

İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Mənsur Ayrom görüşdə iştirak edib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla