Valyuta məzənnəsi
Xəbər lentİ

Yasamalda çoxmərtəbəli yaşayış binasında tüstülənmə baş verdi - 60-dan çox sakin binadan təxliyə edildi

15:23, 25.02.19
azerbaycan, hadise
Yasamalda çoxmərtəbəli yaşayış binasında tüstülənmə baş verdi - 60-dan çox sakin binadan təxliyə edildi

Bakıda Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsindəki çoxmərtəbəli yaşayış binasında tüstülənmə olub.

Xeberpress.az-ın Trend-ə istinadən məlumatına görə, tüstülənmə binanın C blokunda liftin şaxtasındakı elektrik kabellərində qeydə alınıb.

60-dam çox sakin binadan təxliyə edilib.

Dövlət Yanğından Mühafizə Xidmətinin 18 yanğından mühafizə bölməsi və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Tüstülənmənin qarşısı alınıb.



***


Yasamalda çoxmərtəbəli yaşayış binasında tüstülənmə baş verdi - 60-dan çox sakin binadan təxliyə edildi

Bakıda yanğınla əlaqədar nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaranıb

Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla əlaqədar qeyd edilən ərazidə nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaranıb.

Xeberpress.az bildirir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu səbəbdən də Ş.Mehdiyev küçəsi və Tbilisi prospekti şəhər istiqamətndə hərəkət edən müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət intervalında da gecikmələr müşahidə edilir.

Hazırda avtobuslararası intervalın stabilləşməsi üçün zəruri tədbirlər görülür.

Sərnişinlərdən bunu anlayışla qəbul etmələri xahiş edilir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla