Valyuta məzənnəsi
Xəbər lentİ

Düşmən PUA-sı dərhal aşkarlanaraq, zərərsizləşdirildi

16:36, 21.02.19
azerbaycan, hadise
Düşmən PUA-sı dərhal aşkarlanaraq, zərərsizləşdirildi

Ermənistana məxsus taktiki PUA məhv edilib

ATƏT-in Minsk Qrupu həmsədrinin Azərbaycana səfəri çərçivəsində fəaliyyətini həyata keçirdiyi bir vaxtda Ermənistan tərəfi növbəti təxribat törədib.

Xeberpress.info bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, fevralın 21-i günorta saatlarında cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan silahlı qüvvələri "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmən PUA-sı dərhal aşkarlanaraq zərərsizləşdirilib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla