Valyuta məzənnəsi

Ötən il özəl müəssisələrin ÜDM-dəki payı 84 faizə çatıb - Nazir

12:46, 18.02.19
azerbaycan, iqtisadiyyat
Ötən il özəl müəssisələrin ÜDM-dəki payı 84 faizə çatıb - Nazir

Nazir: 2018-ci ildə hər 1000 vergiödəyicisinin dördündə səyyar vergi yoxlaması aparılıb

2018-ci ildə hər 1000 vergiödəyicisinin dördündə səyyar vergi yoxlaması aparılıb.

Xeberpres.az bildirir ki, bu barədə vergilər naziri Mikayıl Cabbarov “Vergilər. Şəffaflıq. İnkişaf” adlı forumda deyib. Nazir bildirib ki, bu yoxlamalar 0,4 faiz göstərici deməkdir.


***


Nazir: "Ötən il özəl müəssisələrin ÜDM-dəki payı 84 faizə çatıb"

2018-ci ildə özəl müəssisələrin ÜDM-dəki payı 84 faizə çatıb.

Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev fevralın 18-də Bakıda keçirilən “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda forumda deyib.

Nazir qeyd edib ki, həyata keçirilən layihələr əsasında 3 milyard manatadək investisiya qoyuluşu, 22 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur: “Ötən il özəl müəssisələrin ÜDM-dəki payı 84 faizə çatıb, məşğulluqdakı payı isə 76 faiz təşkil edib”.


***


2016-cı ildən indiyədək Azərbaycanda ümumi dəyəri 3 milyard manat olan 345 layihə investisiyaların təşviqi sənədi alıb.

Bunu “Vergilər. Şəffaflıq. İnkişaf” forumunda iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, bu layihələr 22 min yeni iş yerinin açılmasına xidmət edəcək.

Onun sözlərinə görə, investisiyaların təşviqi mexanizmi ölkənin qeyri-neft sektoruna özəl investisiyaların ciddi şəkildə artmasına yol açıb:

“Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində 2018-ci ümumi daxili məhsulda özəl sektorun payı 84 faizə, məşğulluq sektorunda isə 76 faizə çatıb”.

Ş.Mustafayev əlavə edib ki, 2015-ci ildən etibarən reallaşdırılan özəl sektorun inkişafı ilə bağlı yeni qərarlar dayanıqlı inkişaf baxımından strateji xarakter daşıyır və sahibkarlığın inkişafının yeni dövrünü xarakterizə edir:

“Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, 2021-ci ilədək sahibkarlıq sahəsində yoxlamalar dayandırılıb, lisenziyalaşdırılan sahibkarlıq sahələrinin sayı azaldılıb, prosedurlar sadələşdirilib. Bundan başqa, vergi, gömrük və sosial sistemlərdə islahatlar başlayıb”.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla