Valyuta məzənnəsi

İşğalçı Ermənistan bu dəfə də Vaşinqtonun qəzəbinə tuş gəldi,.. Paşinyan qorxudan sözlərini uddu

16:30, 13.02.19
azerbaycan, dunya
İşğalçı Ermənistan bu dəfə də Vaşinqtonun qəzəbinə tuş gəldi,.. Paşinyan qorxudan sözlərini uddu

Ermənistan bu dəfə də ABŞ-ın qəzəbinə tuş gəlib

Suriyada humanitar missiya yerinə yetirəcəyini və bu ölkədə hərbi əməliyyatlarda da iştirak edəcəyi ehtimalının olduğunu bəyan edən işğalçı Ermənistan bu dəfə də Vaşinqtonun qəzəbinə tuş gəlib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Ermənistanın Suriyaya həkim və sapyorlardan ibarət qrup göndərməsi ABŞ hakimiyyətinin sərt etirazına səbəb olub. Birləşmiş Ştatlar Dövlət Departamentinin bununla bağlı yayılmış bəyanatında bildirilir ki, Yerevanın “Əsəd rejiminə” yardım missiyasında iştirakı qəbuledilməzdir. Vaşinqtonun rəsmi bəyanatında deyilir: “Dövlət Departamenti üçüncü dövlətlərin Suriyada yaranmış humanitar vəziyyətə həssaslığını anlayır. Lakin ABŞ bu məsələdə də Suriya Silahlı Qüvvələri ilə hər hansı əməkdaşlıq etmək istəmir. Biz, həmçinin Ermənistanın ... da bu missiyada iştirakını dəstəkləmirik”.

Xatırladaq ki, bu günlərdə Ermənistanın müdafiə naziri D.Tonoyan öz bəyanatında erməni hərbçilərinin Suriyada hərbi əməliyyatlarda iştirak edəcəyi ehtimalını da istisna etməyib. Bəyanatın ciddi fəsadlar doğuracağını anlayan baş nazir N.Paşinyan isə onun bu sözlərinin təkzib edib və “jurnalistlərin sualı düzgün vermədiyini və cavabın da başqa kontekstdə olduğunu” iddia edib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla