Valyuta məzənnəsi

Azərbaycan futbolunun inkişafında Qurban Qurbanovun böyük xidmətləri var

12:45, 12.02.19
azerbaycan, idman
Azərbaycan futbolunun inkişafında Qurban Qurbanovun böyük xidmətləri var

Əsas məqsədimiz hər yeni qarşılaşmada daha gözəl və maraqlı oyun nümayiş etdirməkdir.

Xeberpress.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi Nikola Yurçeviç fevralın 12-də mətbuat konfransında deyib.

Baş məşqçi bildirib ki, əsas hədəf Avropa çempionatının seçmə mərhələsində uğurla çıxış etməkdir. Qarşıya “Avro 2020”nin final mərhələsinə vəsiqə qazanmaq məqsədi qoyulub.

“Azərbaycan futbolunun inkişafında Qurban Qurbanovun böyük xidmətləri var. Onun futbolçu və məşqçi karyerası barədə məlumatlıyam. Qurban Qurbanovun Serbiya millisinin qapısına vurduğu qolu indiyədək xatırlayıram. Yaxın günlərdə ölkə çempionatında çıxış edən klubların baş məşqçiləri ilə görüş nəzərdə tutulub. Görüşdə qarşıdakı hədəflər müzakirə olunacaq”, - deyə xorvatiyalı baş məşqçi əlavə edib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla