Valyuta məzənnəsi
Xəbər lentİ

Acun Ilıcalı Mark Zukerberqlə eyni siyahıda

10:51, 12.02.19
azerbaycan, maqazin
Acun Ilıcalı Mark Zukerberqlə eyni siyahıda

Acun Ilıcalı Mark Zukerberqlə eyni siyahıda

Məşhur "Variety" dərgisi ötən il film, televiziya, musiqi, texnologiya və yarışma sektoruna damğasını vuran məşhurların adını açıqlayıb.

Xeberpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 500 nəfərin yer aldığı siyahıda aparıcı-prodüser Acun İlıcalının da adı var.

Məlumata görə, siyahıda 358 amerikalı, 30 ingiltərəli, 15 fransalı, 13 çinli, 12 almaniyalı, 11 hindli, 8 italyalı, 6 ispaniyalı və 1 türkiyəli yer alıb. Tanınmış simalardan Meril Strip, Riz Viterspun, Tim Kuk, Mark Zukerberq, Emma Ston kimilərin adına həmin siyahıda rast gəlmək mümkündür.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla