Valyuta məzənnəsi
Xəbər lentİ

Türkiyədə binanın çökməsi nəticəsində ölənlərin sayı on birə çatıb

11:37, 08.02.19
azerbaycan, dunya
Türkiyədə binanın çökməsi nəticəsində ölənlərin sayı on birə çatıb

İstanbulda çökən binanın dağıntıları altından daha bir cəsəd çıxarılıb

Türkiyənin daxili işlər naziri Süleyman Soylu İstanbulun Kartal bölgəsində çökən binanın dağıntıları altından daha bir cəsədin çıxarıldığını bildirib.

Xeberpress.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı on birə çatıb.

Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Xatırladaq ki, hadisə fevralın 6-da baş verib. Yeddimərtəbəli binadakı 14 mənzildə 43 nəfərin qeydiyyatda olduğu bildirilir. Hadisənin səbəbləri araşdırılır.


***


İstanbulda yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb

İstanbulda yaşayış binasının dağıntıları altından daha dörd nəfərin cəsədi tapılıb. Bununla da binanın çökməsi nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

Xeberpress.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, İstanbul valiliyinin məlumatına görə, hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. Əməliyyatların gedişində dağıntılar altından 13 nəfər sağ çıxarılıb.

Xatırladaq ki, hadisə fevralın 6-da baş verib. Yeddimərtəbəli binadakı 14 mənzildə 43 nəfərin qeydiyyatda olduğu bildirilir. Hadisənin səbəbləri araşdırılır.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla