Valyuta məzənnəsi
Xəbər lentİ

Qolu sınan, ayağı əzilən, dili tutulan, beyninə qan sızanlar var - Nazirlik

10:27, 06.02.19
azerbaycan, hadise
Qolu sınan, ayağı əzilən, dili tutulan, beyninə qan sızanlar var - Nazirlik

Şamaxı Mərkəzi Rayon Xəstəxanası zəlzələ ilə bağlı gücləndirilmiş rejimdə çalışıb.

Xeberpress.az bildirir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə ilə əlaqədar 6 təcili tibbi yardım briqadası işləyib: "Təcili yardıma 30 müraciət edilib, 3 nəfər travmatologiya şöbəsinə çatdırılıb. Bir nəfərə qolun sınığı, digər iki nəfərə ayaqlarının əzilməsi diaqnozu qoyulub. Xəsarət alanlara travmatologiya şöbəsində lazımi yardım göstərilib".

Məlumatda qeyd edilir ki, digər çağırışlar həyəcandan təzyiqi qalxanlarla əlaqəli olub: "Onlara xəstəxananın terapiya şöbəsində tibbi yardım göstərilib. Bir nəfər gəncin həyəcandan dili tutulub. O da yardım göstərildikdən sonra normallaşıb və evinə buraxılıb. Daha bir nəfərin isə həyəcandan beyninə qan sızıb. Həmin şəxsin 58 yaşı var, reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti ağır qiymətləndirilir".

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla