Valyuta məzənnəsi
Xəbər lentİ

Hiss edilməyən yeraltı təkanlar davam edir

09:39, 06.02.19
azerbaycan, hadise
Hiss edilməyən yeraltı təkanlar davam edir

Seysmoloji Xidmət Mərkəzi: Hiss edilməyən yeraltı təkanların qeydə alınması davam edir

Şamaxı, İsmayıllı və Ağsu rayonları ərazisində baş verən zəlzələdən sonra hiss edilməyən yeraltı təkanların qeydə alınması davam edir.

Xeberpress.az bildirir ki, bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası yanında Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, ilkin məlumatlara əsasən, dünəndən indiyədək 5 zəlzələ qeydə alınlıb. İlkin zəlzələ yerli vaxtla saat 23:19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub.

Sonuncu zəlzələ isə saat 04:25-də Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində qeydə alınıb.

Zəlzələlərdən 3-ü hiss olunub, sonuncu iki zəlzələ isə hiss edilməyib.

Mərkəzdən yeraltı təkanların hazırda davam etdiyi bildirilib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla