Valyuta məzənnəsi
Xəbər lentİ

YAP Binəqədi rayon təşkilatının 2018-ci ilin yekunlarına həsr olunmuş hesabatı - FOTO

11:33, 05.02.19
azerbaycan, siyaset
YAP Binəqədi rayon təşkilatının 2018-ci ilin yekunlarına həsr olunmuş hesabatı - FOTO

02 fevral 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının 2018-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi.
Yığıncaqda rayon təşkilatının Şura üzvləri və partiya fəalları iştirak etdilər.

Xeberpress.az xəbər verir ki, yığıncağı giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov qonaqları salamlayaraq gündəlikdə duran məsələlər barədə məlumat verdi. Diqqətə çatdırdı ki, hesabat yığıncağının gündəliyində rayon təşkilatının, təşkilatın Qadınlar Şurasının və Gənclər Birliyinin 2018-ci ilin yekunlarına dair hesabat məruzələrinin təqdim edilməsi və 2019-cu il üçün Fəaliyyət Planının qəbul edilməsi nəzərdə tutulur. Daha sonra rayon təşkilatının ötən ildəki fəaliyyətini özündə əks etdirən geniş hesabat məruzəsini çatdırdı. Bildirdi ki, rayon təşkilatı fəaliyyətini əvvəlki illərdə olduğu kimi hesabat ilində də Azərbaycan Respublikasının qanunvericiliyinə, partiyanın Nizamnamə və Proqramına, partiya rəhbərliyinin tapşırıq və tövsiyələrinə əsasən uğurla icra edib. Hesabat dövründə partiya üzvlərinin fəal iştirakı təmin edilməklə Azərbaycan Xalq Cümhuriyyətinin 100, ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyləri və digər əlamətdar tarixi günlərlə bağlı çoxsaylı tədbirlər, layihələr həyata keçirilib. Eyni zamanda ərazi ilk partiya təşkilatları ilə əlaqələrin daha da intensivləşdirilməsi, ideoloji işlərin ən yüksək səviyyədə qurulması istiqamətində mühüm işlər görülüb. Hesabat dövründə partiya sıralarına üzv olmaq üçün müraciət edən insanların sayında da artım müşahidə olunub. Belə ki, hesabat ilində rayon təşkilatının üzvlərinin sayı 220 nəfər artaraq 15708 nəfərə çatıb. Bunlardan 8436 nəfəri qadın, 4412 nəfəri isə gənclərdən ibarətdir. Ramiz Göyüşov həmçinin ötən ilin 11 aprel tarixində keçirilən Prezident seçkilərindən danışaraq dövlət başçısı cənab İlham Əliyevin parlaq qələbəsini şərtləndirən səbəblərdən söz açdı, partiya üzvlərinin bu siyasi prosesdəki fəal iştirakından bəhs etdi.

Hesabat yığıncağında çıxış edən rayon təşkilatının Gənclər Birliyinin sədri Fəsli Nəbiyev birliyin ötən ildəki fəaliyyəti haqqında hesabatı yığıncaq iştirakçılarının diqqətinə çatdırdı. Qeyd etdi ki, dövlətimizin prioritet sahələrin inkişafına hesablanan siyasi istiqamətlərindən biri də gənclər siyasətidir. Gənclərə diqqət və qayğı hər il daha da artır və konkret nəticələrlə müşahidə olunur. YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyi də gənclərin intellektual səviyyəsinin artırılması, elmə, təhsilə yiyələnmələri, peşəkar kadrlar olaraq yetişmələri, onlara vətənpərvərlik, dövlətçilik, azərbaycançılıq ideologiyasının aşılanması, milli-mənəvi dəyərlərin mənimsədilməsi, gənclərimizin dövlət və hökumət strukturlarında geniş təmsil olunmaları, ictimai-siyasi proseslərdə fəal iştirak etmələri üçün ardıcıl layihələr həyata keçirib. O, müasir dövrümüzdə sosial şəbəkələrin artan rolundan və gənclərin fəal iştirakından danışdı. Partiya gənclərinin sosial şəbəkələrdə antimilli qüvvələrin artmaqda yalan, böhtan, şər xarakterli statuslarına hər zaman operativ reaksiya verdiklərini, onları əsaslandırılmış arqumentlərlə susdurduqlarını və cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdəki uğurlu islahatları geniş təbliğ etdiklərini bildirdi.

Qadınlar Şurasının sədri Aytac Əliyeva hesabat məruzəsində şura tərəfindən ötən ildə görülən işlər haqqında danışdı. Vurğuladı ki, şura Azərbaycanda həyata keçirilən uğurlu qadın siyasətini əldə rəhbər tutaraq qadınlarla işin daha yüksək səviyyədə qurulmasını və onların cəmiyyətdə fəal iştirakçılığının təmin edilməsini qarşısında duran əsas məqsədlərdə biri hesab edir. Bu baxımdan partiya sıralarında qadınların uğurla təmsil olunduqlarını, müxtəlif sahələri təmsil edən qadınlarla birlikdə mühüm tədbirlərin keçirildiyini bildirdi. İstər Prezident seçkilərinə hazırlıq prosesində, istər Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyində, istərsə də əlamətdar və tarixi günlərdə reallaşdırılan irimiqyaslı layihələrdən danışdı. Bu silsilədən olan tədbirlərin gələcəkdə də uğurla davam etdiriləcəyini diqqətə çatdırdı.

Hesabat yığıncağında geniş nitq söyləyən millət vəkili Kamaləddin Qafarov hesabat məruzələrində qeyd olunanları nəzərə alaraq rayon təşkilatının 2018-ci ildə uğurla və səmərəli fəaliyyət göstərdiyini bildirdi. YAP Binəqədi rayon təşkilatının partiyanın ən fəal rayon təşkilatlarından biri olaraq daim əzmlə çalışdığını, partiya üzvləri ilə əlaqələrin qurulması, onların təşkilata cəlb edilməsi, müxtəlif tipli layihələrin uğurlu icrası, xüsusilə ulu öndər Heydər Əliyev irsinin geniş təbliğ ediməsi yönündə mühüm fəaliyyətindən bəhs etdi. Millət vəkili həmçinin sosial şəbəkələrdəki xoşagəlməz hallardan danışaraq gənclərimizi daha da ayıq-sayıq olmağa və Azərbaycanı istəməyən antimilli qüvvələrə qarşı daha da sıx birləşməyə səslədi. Qeyd etdi k, Prezident cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmiz sürətlə inkişaf edir və bu uğurlarımızı gözü götürməyən bəzi xarici qüvvələr Azərbaycan əleyhinə çirkin kampaniyalar aparmaqla bu inkişafa mane olmağa cəhdlər edirlər. Lakin Azərbaycanın uğurlarının əsas zəmanəti xalqla iqtidarın birliyi və uzaqgörən siyasətdir.
Yığıncaqda gündəlikdə duran məsələlər səsə qoyularaq müvafiq qərarlar qəbul edildi. YAP Binəqədi rayon təşkilatının 2018-ci ildəki fəaliyyəti qənaətbəxş hesab edildi və 2019-ci il üçün müvafiq Fəaliyyət Planı təsdiq edildi.
Sonda partiya sıralarında fəal iştirakına görə fərqlənən bir qrup şəxs Fəxri Fərmanla təltif edildi. Partiya sıralarına yeni üzv qəbul edilmiş gənclərə yeni partiya üzvlük vəsiqləri təqdim edildi.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla