Valyuta məzənnəsi

Dünya liderləri prezident İlham Əliyevi təbrik ediblər

09:44, 18.10.16
azerbaycan, siyaset
Dünya liderləri prezident İlham Əliyevi təbrik ediblər

"ARETİ" Beynəlxalq Şirkətlər Qrupunun prezidenti İqor Makarov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Xeberpress.az Prezident.az-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Möhtərəm cənab prezident.

İcazə verin, Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə Sizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına "ARETİ" Beynəlxalq Şirkətlər Qrupunun rəhbərliyi və kollektivi adından, şəxsən öz adımdan səmimi təbriklərimi, ən xoş arzularımı çatdırım.

Müstəqillik Günü cəmiyyətdə birlik, sülh və sabitlik rəmzi, Azərbaycan xalqının öz tarixi ənənələrinə sadiqliyinin, həmrəyliyinin və öz dövlətinin dirçəldilməsinə və möhkəmləndirilməsinə yönəlmiş iradəsinin ən parlaq sübutudur.

Möhtərəm İlham Heydər oğlu, bu təntənəli gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına səadət, rifah və firavanlıq diləyirik".

---------

19:12

Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Xeberpress.az Prezident.az-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Əlamətdar bayramınız - respublikanızın Müstəqillik Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan inkişaf yolunda uğurla irəliləyir. Biz, Sizin ən yaxın qonşularınız, ölkənizin qazandığı möhtəşəm müsbət nəticələri görəndə xüsusilə sevinirik. Biz sizin dövlətçiliyinizin möhkəmlənməsinə və vətəndaşlarınızın sosial rifahının yaxşılaşmasına yönəlmiş genişmiqyaslı dəyişikliklərin şahidləriyik. Azərbaycan həqiqətən ilk növbədə öz vətəndaşlarının mənafeyinə, onların xeyirxah iradəsinə əsaslanan müstəqil siyasət yürütməklə beynəlxalq aləmdə öz mövqelərini gücləndirir. Müasir çoxkonfessiyalı dövlət qədim milli ənənələrə riayət edilməsinə və ölkənizdə mehriban bir ailə kimi birlikdə yaşayan bütün xalqların mənəvi dəyərlərinə hörmətə əsaslanan möhkəm təməl üzərində qurulur. Bu, respublikanızı bir sıra dövlətlər üçün nümunəyə çevirir.

Rusiya üçün Azərbaycan sadəcə strateji əhəmiyyətli tərəfdaş deyil. Biz bu qardaş xalqla birlikdə uzun qəhrəmanlıq yolu keçmişik. Əminəm ki, dövlətlərimiz arasında dostluq münasibətləri xalqlarımızın naminə bundan sonra da dinamik inkişaf edəcək və bütün Qafqaz regionunda sabitliyin möhkəmləndirilməsinə kömək göstərəcək.

Ən səmimi arzularımı qəbul edin, Sizə yeni uğurlar diləyirəm. Qoy Azərbaycanın hər bir vətəndaşı xoşbəxt olsun".

---------

17:58

MDB İcraiyyə Komitəsinin sədri-icra katibi Sergey Lebedev Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Xeberpress.az Prezident.az-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Müstəqillik illəri ərzində Azərbaycan geniş əhatəli dinamik inkişaf yolu keçib.

Siz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ideya və prinsiplərini həyata keçirərək, Azərbaycan dövlətçiliyini uğurla möhkəmlətməkdə davam edirsiniz.

Sizin rəhbərliyinizlə ölkə ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində sanballı uğurlar qazanıb. İnkişaf və tərəqqi yolu ilə inamla irəliləyən Azərbaycan bir sıra beynəlxalq məsələlərin həllində fəal rol oynayır. Bu, haqlı olaraq ona dünya birliyində yüksək nüfuz və hörmət qazandırıb.

Əminəm ki, Sizin məqsədyönlü və çoxşaxəli fəaliyyətiniz bundan sonra da Azərbaycan Respublikasının firavanlaşmasına və onun xalqının rifahının yüksəlməsinə xidmət edəcək.

Bu xoş fürsətdən istifadə edərək, Müstəqil Dövlətlər Birliyi çərçivəsində səmərəli qarşılıqlı fəaliyyətə görə Sizə minnətdarlığımı və birgə səylərimizlə MDB məkanında müttəfiqlik əlaqələrinin və konstruktiv əməkdaşlığın bütün kompleksinin daha da genişlənməsini təmin edəcəyimizə əmin olduğumu bildirmək istərdim.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar, bütün Azərbaycan xalqına sülh, sabitlik və firavanlıq arzu edirəm".

----------

15:15

Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Xeberpress.az Prezident.az-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə Sizə və Sizin şəxsinizdə bütün dost Azərbaycan xalqına Türkmənistan xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı yetirməyi özümə şərəf sayıram.

Müstəqillik illərində Sizin ölkənizin siyasi, iqtisadi və sosial sahələrdə qazandığı uğurları, habelə ölkələrimiz arasında yaranmış hərtərəfli münasibətlərin yüksək inkişaf səviyyəsini qeyd etməkdən fərəh duyuram. Əminəm ki, dövlətlərarası dialoqun daha da genişləndirilməsinə və dərinləşdirilməsinə Türkmənistanın və Azərbaycanın daim sadiq olması xalqlarımızın mənafelərinə uyğundur.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz həyat enerjisi və xoşbəxtlik arzu edirəm. Xahiş edirəm, dost Azərbaycan xalqına mənim ürəkdən gələn sülh, tərəqqi və firavanlıq arzularımı çatdırasınız".

XXX

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, baş nazirin müavini, daxili işlər naziri Məhəmməd bin Nayif bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Əs-səlami əleykum və rəhmətullahi və bərəkatuhu.

Ölkənizin Dövlət Müstəqilliyi Günü münasibətilə zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına daha böyük inkişaf və çiçəklənmə arzu edirəm".

XXX

Səudiyyə Ərəbistanı Krallığı vəliəhdinin varisi, baş nazirin ikinci müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

"Əs-səlami əleykum və rəhmətullahi və bərəkatuhu.

Ölkənizin Dövlət Müstəqilliyi Günü münasibətilə zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan xoşbəxtlik duyuram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına daha böyük inkişaf və çiçəklənmə arzu edirəm".

X X X

TÜRKSOY-un baş katibi Düsen Kaseinov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli cənab prezident.

Qardaş Azərbaycan xalqını və zati-alinizi 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə TÜRKSOY-un Baş Katibliyi, Türkdilli ölkələrin mədəniyyət nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Bu il dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan Respublikası zati-alinizin uzaqgörən siyasəti və müdrik rəhbərliyi sayəsində inkişaf edərək dünyanın siyasi, iqtisadi və mədəni həyatında layiqli yerini tutub.

Əminəm ki, TÜRKSOY çərçivəsində həyata keçirilən beynəlxalq layihələrdə geniş təmsil olunan zəngin və rəngarəng Azərbaycan mədəniyyəti bundan sonra da ümumtürk mədəniyyətinin inkişafına öz töhfələrini verməkdə davam edəcək.

Bu xoş fürsətdən istifadə edərək, zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və qardaş Azərbaycan xalqına sülh, tərəqqi və əmin-amanlıq arzu edirəm".

X X X

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Möhtərəm cənab prezident.

18 oktyabr - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə Sizi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Müstəqilliyimizin bərpasının 25-ci ildönümündə vətəndaşı olmaqdan hər zaman böyük qürur hissi keçirdiyim Azərbaycan Respublikasının müdrik liderliyiniz ilə beynəlxalq aləmdə tutduğu nüfuzlu mövqeni görməkdən şərəf duyuram.

Azərbaycan xalqının ona miras qalan bu böyük əmanətə bu günə qədər olduğu kimi, bundan sonra da ən yaxşı şəkildə sahib çıxacağından əmin olduğumu xüsusi ifadə etmək istəyirəm.

Cənab Prezident, bu əlamətdar gün münasibətilə zati-alinizə ən gözəl arzularımı çatdırır, bütün Azərbaycan xalqına yüksək rifah, sağlamlıq və xoşbəxtlik arzu edirəm".

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla