Valyuta məzənnəsi
Xəbər lentİ
 09:37  Manat BUGÜN

Oyunlar, maskalar, kələklər nə çox,.. Oynaya bilmirəm rolumu,Tanrı - Şamil Ənvəroğlu

12:35, 28.01.19
azerbaycan, kose
Oyunlar, maskalar, kələklər nə çox,.. Oynaya bilmirəm rolumu,Tanrı - Şamil Ənvəroğlu

Menim istediyim bir başqa idi,
Bir başqa heyatın xeyalı vardı.
Nese başqa idi illerin adı,
Bütün fesillerin adı bahardı.

Bir başqa dünyanın bir küncündeki,
Bir yoxsul daxmada doğulaydım kaş.
Bu qeder şerefsiz,haqsız dünyanı,
Bir tek nağıllardan oxuyaydım kaş.

Her gün yüz arzunu küsdürdüyümden,
Daha bir arzu da tuta bilmirem.
İçimde bir deli yaşamaq eşqi,
Çölümde bir sebeb tapa bilmirem.

Burda sabahlar da dünen kimidir,
Bir az günlerinin adı başqadır,
Burda yaşayanlar ölen kimidir,
Bir az doğmaları,yadı başqadır.

Burda dilençiler yaman çoxalıb,
Her tinde min ümid dilençisi var,
Ürekler açılır ellere teref,
"Kimse ümid qoyar" gözlentisi var.

Oyunlar...maskalar...kelekler ne çox,
Oynaya bilmirem rolumu,Tanrı.
Daha istemirem bu ssenarini,
Göster,çıxıb gedim yolumu,Tanrı...

Şamil Enveroğlu

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla