Valyuta məzənnəsi
Xəbər lentİ

Səhiyyə Nazirliyinin ötən gün dünyasını dəyişən idmançı ilə bağlı MƏLUMATI

11:11, 28.01.19
azerbaycan, hadise
Səhiyyə Nazirliyinin ötən gün dünyasını dəyişən idmançı ilə bağlı MƏLUMATI

Səhiyyə Nazirliyi ötən gün dünyasını dəyişən idmançı Xamis Məmmədovla bağlı məlumat yayıb.

Xeberpress.az bildirir ki, Nazirlikdən verilən məlumata görə, 24.01.2019-cu il tarixində Sabunçu rayon 3 saylı şəhər xəstəxanasına kəskin pnevmoniya ilə ağır vəziyyətdə gətirilib:

"Aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq Xamis Məmmədov 26.01.2019-cu il tarixində dünyasını dəyişib. Yaxınları meyidin tibbi ekspertizaya göndərilməsinə qəti etiraz ediblər. Bu səbəbdən yalnız ilkin rəyə əsasən xəstəyə ağciyərlərin tromboemboliyası diaqnozu qoyulub".

Qeyd edək ki, Qaydasız döyüş üzrə dünya çempionu Xamis Məmmədovun qripdən ölməsi barədə məlumatlar yayılıb. O, bu gün dəfn ediləcək.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla