Valyuta məzənnəsi

Nazilə özünü şəhid ailəsi ilə reklam etdi, izləyicilər tərəfindən tənqid olundu

11:28, 21.01.19
azerbaycan, maqazin
Nazilə özünü şəhid ailəsi ilə reklam etdi,  izləyicilər tərəfindən tənqid olundu

Nazilə özünü şəhid ailəsi ilə reklam etdi?

20 Yanvar günü "Şəhidlər xiyabanı"na yollanan tanınmışlardan biri də şairə Nazilə Səfərli olub.

Xeberpress.az-ın Axşam.az-a istinadən məlumatına görə, şairə şəhid qızı ilə çəkilən videosunu sosial şəbəkədə yayımlanıb. Nazilənin bu paylaşımı izləyicilər tərəfindən tənqid edilib. Onlar N.Səfərlini özünü şəhid ailəsindən istifadə edərək, reklam etdiyini yazıblar.

Nazilə isə yazılan təhqirlərin qarşısını almaq üçün şərh bölümünü bağlayıb. O, təhqirlərə belə cavab verib:

"Şəhid anasının əllərini öpmək, balasının başına sığal çəkmək istəyən xiyabana getməlidir. Burada özünü dahi sayanlar, hər il çox sayda şəhid ailəsinin xeyir işini təmənnasız edirəm, birini çəkib paylaşmamışam. Reklam etsəm, onu edərəm. Məzarlıqdan reklam olmaz. İndi sizə sual verirəm ağzıgöyçəklər, şəhid ailələri üçün özünüz nə etmisiniz?".

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla