Valyuta məzənnəsi

Ümummilli lider Heydər Əliyevin xatirəsi anıldı.

08:39, 10.12.15
azerbaycan, bolge
Ümummilli lider Heydər Əliyevin xatirəsi anıldı.

Bütün mənalı ömrünü xalqına həsr edən ümummilli lider Heydər Əliyevin ömrü qəhrəmanlıq, Vətənə və xalqa sədaqətlə xidmət etmək nümunəsidir.

Bu fikirlər Ulu Öndərin vəfatının on ikinci ildönümü ilə əlaqədar Balakən şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “Ürəklərdə əbədi yaşayan dahi” mövzusunda “dəyirmi masa”da səsləndirilib.

Mədəniyyət işçilərinin, ziyalıların, ağsaqqal və gənclərin iştirak etdiyi tədbirdə çıxış edənlər dahi şəxsiyyət və müdrik rəhbər Heydər Əliyevin müasir Azərbaycan tarixindəki əvəzsiz rolu və misilsiz xidmətləri barədə danışıb, onun çoxsahəli fəaliyyətinin ən önəmli məqamlarına toxunublar. Bildirilib ki, xalqımızın bu günü və gələcəyi naminə gördüyü nəhəng işlər Ulu Öndərə qəlblərdə əbədi yaşamaq səadəti qazandırıb.

Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin əbədiyyətə qovuşduğu andan on iki il ötsə də, onun yoxluğu ilə heç cür barışmaq mümkün deyildir. Əslində, ötən hər bir gün bu tarixi şəxsiyyəti xalqa daha da yaxınlaşdırır, doğmalaşdırır.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla