Valyuta məzənnəsi
Xəbər lentİ

Sabah elektron sınaq imtahanına qeydiyyat başa çatır - Dövlət İmtahan Mərkəzi

09:00, 18.01.19
azerbaycan, cemiyyet
Sabah elektron sınaq imtahanına qeydiyyat başa çatır - Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzi: elektron sınaq imtahanına qeydiyyat sabah başa çatır

Dövlət İmtahan Mərkəzində (DİM) keçiriləcək elektron sınaq imtahanında iştirak etmək üçün qeydiyyat yanvarın 19-u saat 9-da başa çatacaq.

Xeberpress.az bildirir ki, Mərkəzdən bildirilib ki, sınaq imtahanı dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədi daşıyır. İmtahan AA, AB, AC, BA, BB qrupları üzrə yanvarın 19-u saat 10-da keçiriləcək.

Namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər.

Qeyd edək ki, imtahanda iştirak etmək üçün qeydiyyat yanvarın 4-də başlayıb. Qeydiyyatdan keçmək üçün bu linkə daxil olmaq lazımdır.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla