Valyuta məzənnəsi

Küləyin uçurduğu dayanacaq məntəqəsinin ərazisi təmizlənib

14:49, 17.01.19
azerbaycan, hadise
Küləyin uçurduğu dayanacaq məntəqəsinin ərazisi təmizlənib

Bakıda küləyin uçurduğu dayanacaqla bağlı tədbir görülüb

Səhər saatlarında güclü küləyin təsirindən H.Cavid prospektinin Ə.Haqverdiyev küçəsi ilə kəsişməsində avtobus dayanacaq pavilyonu uçub.

Xeberpress.az bildirir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, pavilyonun yararsız hala düşməsinə baxmayaraq xoşbəxtlikdən insanların xəsarət alma halı qeydə alınmayıb.

Əraziyə göndərilən texniki personalın gördüyü tədbirlər nəticəsində dayanacaq məntəqəsinin ərazisi təmizlənib, pavilyondakı avtobus informasiya və BakıKart ödəmə terminalları götürülüb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla