Valyuta məzənnəsi
Xəbər lentİ
 09:37  Manat BUGÜN

Daxilimdə soyuq küləklər əsirdi, fırtınalar qopurdu...

14:34, 08.01.19
azerbaycan, kose
Daxilimdə soyuq küləklər əsirdi, fırtınalar qopurdu...

Zaman-zaman məni bir sual düşündürür: Bu həyatı tərk etmədən öncə, ən çox yerinə yetirmək istədiyi arzusu nə ola bilər, sizcə bir insanın?

...Atam, mən yanında olduğum zaman təngənəfəs halda son nəfəsini verirdi... və ən dəhşətlisi isə o idi ki, onu son dəfə görəcəyim heç ağlıma belə gəlmədi,.. həkimin gəlib, onu xilas edəcəyinə çox inanırdım... O üzdən də onun üzümə baxaraq, ağır-ağır nəfəs almağına rəgmən, ondan son dəfə nə istədiyini soruşmağı ağıl edə bilmədim,.. o, isə yenə də heç nə danışmadan mənə baxırdı... sadəcə ona tezliklə yaxşılaşacağı ilə bağlı təsəlli verirdim... Atam canını tapşırırmış... İlk dəfə kiminsə ölümünə şahid olurdum... və o mənim ən doğma, ən əziz bir adamımın - atamın ölümü idi......................

Dəfələrlə zəng etməyimə baxmayaraq, təcili yardım həkimi gəlib çatmadı və atamın nəfəsi dayandı.....................

...Beləcə mən həyatda ən çox sevdiyim insanı itirdim... o dəhşətli bayram gecəsi uzun zaman mənim kabusum oldu... çox zamanlar o yaşadıqlarımı xatırladıqca, nəfəs ala bilmədiyimi, boğulacağımı düşündüm... Həyat gözümdə tamamilə dəyişdi,.. mənasızlaşdı, dünyam sanki boşaldı... uzun müddət elə bilki, kar oldum, kor oldum,.. bütün hissiyyatımı itirdim sanki,.. elə hiss edirdim ayaqlarımın altında torpaq yox idi... ayağa qalxsam, yıxılacağam sanırdım... Hissiz-diyğusuz bir canlı idim, sadəcə nəfəsim vardı... ağlamırdım,.. sadəcə gözlərimdən yaşlar axırdı aramsız,.. məndən xəbərsiz..."o, ölə bilməzdi, ölməməliydi, bu ağrı-acını mənə yaşatmamalıydı" kimi bir üsyan vardı içimdə... Axı bayramlar insanların xoşbəxt olduğu, sevindiyi, arzularla dolu sevincli günləri idi... Bir bayram axşamında insan niyə axı öz sevdiklərini beləcə tərk edib getməliydi?.. Həyata üsyan edirdim... Qəbul edə bilmirdim bu acı gerçəyi... nəfəs ala bilmirdim... sadəcə boğulurdum..............

Bilmirəm, nə qədər zaman keçdi: bir il, iki il,.. bu hissizliyə alışmağım üçün,.. artıq dünya gözümdə cadəcə boz rəngdə idi...
...bir də boş... kimsəsiz... sonra varlığım bu acıya alışdı yavaş-yavaş... bu acıyla yaşamağa çalışdım... ürəyimin yerində sanki bir parça daş asılmışdı... çox ağır idi o daş... daşıya bilmirdim... çox tez yorulurdum, hərəkət etməkdə acizləşirdim... heydən düşürdüm... gözlərimin qarşısında sanki bir xaos,.. qulaqlarımda heç dinməyən bir küy vardı daima... həyatın rəngi qaçmışdı sanki, bozarmışdı, solmuşdu, daxilimdə soyuq küləklər əsirdi, fırtınalar qopurdu... qəlbim donurdu... ürəyim qanayırdı...
o dövrdə mən sadəcə nəfəs alan bir ölünü xatırladırdım yəqin ki,.............................................

...O dəhşətli gecə zaman-zaman xatirimdən çıxmır... yadıma düşdükcə, məni məhv edir................................................

İndi isə gecə-gündüz məni cavabını tapa bilmədiyim bir sual boğur,.. nəfəsimi kəsir,.. yaşamağa imkan vermir; Atam son nəfəsində nə deyəcəkdi ???............

ESMİRA NAXÇIVANLI

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla