Valyuta məzənnəsi
Xəbər lentİ

İran hökuməti "Barış" musiqi qrupunun konsert keçirməsinə icazə vermədi

16:05, 26.12.18
azerbaycan, maqazin
İran hökuməti "Barış" musiqi qrupunun konsert keçirməsinə icazə vermədi

İran azərbaycanlı müğənniyə qadağa qoydu

İran hökuməti "Barış" musiqi qrupunun konsert keçirməsinə icazə verməyib.

Xeberpress.az Kult.az-a istinadən xəbər verir ki, bu barədə Güney Azərbaycanın tanınmış müğənnisi Məsud Barış özü məlumat verib.

O, konsertə hansı səbəbdən icazə verilməməsindən xəbərsiz olduğunu bildirib:

“Təəssüf ki, yenə də məlum olmayan səbəblərə görə mənim konsert keçirməyimə icazə verilmədi. Məlum insanlar, hətta musiqidən anlamayanlar paytaxtdan Təbrizə üz tutur, icazəli şəkildə 40 gün əvvəldən reklama başlayır. Onlar biletdən əldə etdikləri gəlirlə kimliyi məlum olmayan mənasız musiqilər istehsal edir və bu şəkildə əhalinin zövqünü korlayırlar. Maraqlıdır ki, həmin qruplar müxtəlif rəsmi orqanlar tərəfindən dəstəklənir. Səlahiyyətli orqanlar verdikləri boş şüarlara rəğmən, istedadlı musiqiçilərə nəinki yardım etmir, hətta konsertlərə icazə verməyərək, onların sıradan çıxmasına şərait yaradırlar”.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla