Valyuta məzənnəsi
Xəbər lentİ

Azərbaycan polisinin örnək hərəkəti

09:55, 13.10.16
azerbaycan, hadise
Azərbaycan polisinin örnək hərəkəti

Bakı-Quba yolunun 47-ci kilometrliyində təhlükəsiz şəhər kamerası vasitəsilə lentə alının görüntüdə azyaşlı uşağın saatda sürəti 110 kilometr olan yoldan keçmək istədiyi əks olunub.

Xeberpress.az-ın Xəzər Xəbər-ə istinadən məlumatına görə, uşaq, dəmir ayırıcılardan birini keçə bilsə də, ikincidən keçə bilməyib.

Bu zaman ərazidən keçən yol polisi inspektoru onu görərək dayanıb.

Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti Alayının 1-ci tağımının əməkdaşları ayırıcı zolağın içərisində köməksiz vəziyyətdə qalan uşağa kömək məqsədi ilə geri qayıdıblar. İnspektor uşağa yaxınlaşıb və dəmir dəmirlərin arasından yolun digər tərəfinə təhlükəsiz şəkildə keçməyə yardım edib.

BDYPU-nin şöbə rəisi Kamran Əliyev deyib ki, bu hərəkət polislərin vəzifəsi olmasına baxmayaraq, belə əməkdaşlar hər zaman mükafatlandırılır.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla