Valyuta məzənnəsi
Xəbər lentİ

İndoneziya səfiri Aİİ-nin “Səfir saatı” layihəsi çərçivəsində tələbələrlə görüşüb - FOTO

16:40, 14.12.18
azerbaycan, medeniyyet
İndoneziya səfiri Aİİ-nin “Səfir saatı” layihəsi çərçivəsində tələbələrlə görüşüb - FOTO

İndoneziya səfiri Aİİ-nin “Səfir saatı” layihəsi çərçivəsində tələbələrlə görüşüb

Xeberpress.az xəbər verir ki, Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) İndoneziyanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri cənab Hüsnan Bəy Fanani ilə “Səfir saatı” layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib.

Tədbirdə Aİİ-nin müəllim-tələbə heyəti və digər qonaqlar iştirak ediblər.

Aİİ-nin rektoru Ceyhun Məmmədov cənab Hüsnan Bəy Fanani və görüş iştirakçılarını salamlayaraq, ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Rektor Azərbaycanda əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətindən danışıb, bu siyasətin hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib. C.Məmmədov qeyd edib ki, Aİİ tələbələrin bilik və bacarıqlarının artırılması, intellektual səviyyəsinin yüksəldilməsi və dünyagörüşünün zənginləşdirilməsi məqsədi ilə "Səfir saatı” layihəsi çərçivəsində Azərbaycandakı səfirliklərlə əməkdaşlıq edir.

İndoneziyanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri cənab Hüsnan Bəy Fanani Azərbaycan-İndoneziya münasibətlərindən bəhs edib, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. Tələbələr qarşısında çıxış edən Hüsnan Bəy Fanani Azərbaycanın dünyanın ən gözəl, zəngin ölkələrindən biri olduğunu vurğulayıb. Diplomat İndoneziyanın Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini - ərazi bütövlüyünü birmənalı şəkildə müdafiə etdiyini vurğulayıb.
Mədəni və mental dəyərlər baxımından iki ölkənin xalqları arasında oxşarlığın olduğunu bildirən səfir İndoneziyanın multikultural, plüralist ölkə olduğunu diqqətə çatdırıb. Səfir əhalisinin sayına görə ən böyük müsəlman ölkəsi olan İndoneziya haqqında tələbələrə geniş məlumat verib.
Sonda səfir İndoneziya milli musiqisini və dünyada məşhur olan “Sarı gəlin” mahnısını ifa edib.

İndoneziya səfiri Aİİ-nin “Səfir saatı” layihəsi çərçivəsində tələbələrlə görüşüb - FOTO
İndoneziya səfiri Aİİ-nin “Səfir saatı” layihəsi çərçivəsində tələbələrlə görüşüb - FOTO
İndoneziya səfiri Aİİ-nin “Səfir saatı” layihəsi çərçivəsində tələbələrlə görüşüb - FOTO
İndoneziya səfiri Aİİ-nin “Səfir saatı” layihəsi çərçivəsində tələbələrlə görüşüb - FOTO

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla