Valyuta məzənnəsi
Xəbər lentİ

Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti ulu öndər Heydər Əliyevin xatirəsini yad edib - FOTO

09:25, 12.12.18
azerbaycan, siyaset
Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti ulu öndər Heydər Əliyevin xatirəsini yad edib - FOTO

Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti ulu öndər Heydər Əliyevin xatirəsini yad edib

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şəxsi heyəti Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini yad edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev, Xidmətin əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, DTX-nin N saylı hərbi hissəsinin zabit və əsgərləri Fəxri xiyabanda Ulu Öndərin məzarı önünə əklil qoydular, xatirəsinə ehtiramlarını bildirdilər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olundu.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan təhlükəsizlik orqanlarının inkişafında da mühüm xidmətləri var. Hələ sovet dövründə bu xidmətdə milliləşmə siyasətinin aparılmasında dahi şəxsiyyətin rolu böyükdür. Ulu Öndərin əsasını qoyduğu şanlı məktəbin ənənələrini qürur və şərəflə yaşadan DTX-nin şəxsi heyəti müstəqilliyimizin və dövlətçiliyimizin etibarlı qorunması işini əzmlə davam etdirir və Xidmətin hər bir əməkdaşı bununla fəxr edir. Bu gün xalqımız qəti əmindir ki, Heydər Əliyev kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə daha da inamla addımlayan ölkəmiz yeni-yeni uğurlara imza atacaq və Azərbaycan əsgəri qarşısına qoyulan istənilən tapşırığı yüksək səviyyədə yerinə yetirməyə qadirdir.

Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti ulu öndər Heydər Əliyevin xatirəsini yad edib - FOTO
Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti ulu öndər Heydər Əliyevin xatirəsini yad edib - FOTO
Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti ulu öndər Heydər Əliyevin xatirəsini yad edib - FOTO
Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti ulu öndər Heydər Əliyevin xatirəsini yad edib - FOTO
Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti ulu öndər Heydər Əliyevin xatirəsini yad edib - FOTO
Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti ulu öndər Heydər Əliyevin xatirəsini yad edib - FOTO

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla