Valyuta məzənnəsi
Xəbər lentİ

Azərbaycan Cənubi Sudan Respublikasına sülhməramlılar göndərəcək

14:41, 30.11.18
azerbaycan, siyaset
Azərbaycan Cənubi Sudan Respublikasına sülhməramlılar göndərəcək

Milli Məclis Cənubi Sudana sülhməramlıların göndərilməsini dəstəklədi

Azərbaycan Cənubi Sudan Respublikasına sülhməramlılar göndərəcək.

Xeberpress.az-ın Trend-ə istinadən məlumatına görə, Milli Məclisin bu gün kerçirilən plenar iclasında Azərbaycan Silhalı Qüvvələrinin 4 nəfərdən ibarət hərbi heyətinin qərargah zabiti və hərbi müşahidəçi qismində UNMISS-in (BMT-nin Cənubi Sudanda Missiyası) komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi haqqında layihə müzakirəyə çıxarılıb.

Layihə səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, daha öncə Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilmişdi ki, Birləşmiş Millətlər Təşkilatının mandatı altında Cənubi Sudanda həyata keçirilən beynəlxalq missiyada Azərbaycan sülhməramlılarının iştirakı planlaşdırılır. Hərbi qulluqçularımızın 2019-cu ilin yanvar ayında Cənubi Sudanın paytaxtı Cuba şəhərinə ezam olunması nəzərdə tutulub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla