Valyuta məzənnəsi
Xəbər lentİ

Bu gün Azərbaycanda Aşuradır

09:02, 12.10.16
azerbaycan, cemiyyet
Bu gün Azərbaycanda Aşuradır

Bu gün Azərbaycanda Aşuradır. Xeberpress.az APA-ya istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasına əsasən, Məhərrəm ayının 10-u - Aşura günü oktyabrın 12-nə təsadüf edir.

Fətvada qeyd olunub ki, Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir.

O da bildirilir ki, son illər təziyə günlərində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən qanvermə aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir və bu humanist ənənə davam etdiriləcək.

Qeyd edək ki, Məhərrəm ayı oktyabrın 3-də başlayıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla