Valyuta məzənnəsi

Azərbaycan təcrübəsinin tətbiqində Lvov rəsmiləri maraqlıdırlar

09:56, 19.11.18
azerbaycan, siyaset
Azərbaycan təcrübəsinin tətbiqində Lvov rəsmiləri maraqlıdırlar

Lvov vilayətinin rəsmiləri Azərbaycan təcrübəsinin tətbiqində maraqlıdırlar

Noyabrın 27-də Ukraynanın Lvov vilayəti Dövlət Administrasiyasının sədri Oleq Sinyutkanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayacaq. Xeberpress.az bildirir ki, bu barədə AZƏRTAC-a açıqlamasında Trustkavets şəhər meri Andrey Kulçinski məlumat verib.

Onun sözlərinə görə, noyabrın 30-dək davam edəcək səfərin əsas məqsədi Azərbaycanın turizm sahəsində təcrübəsini Ukraynada tətbiq etməkdir.

“Azərbaycanda təşkil olunan beynəlxalq turizm sərgilərində iştirak edirik. Azərbaycanın turizm sahəsində əldə etdiyi təcrübəni Truskavetsdə tətbiq etmək istəyirik. Ölkəniz çox böyük sürətlə inkişaf edir”, - deyə Truskavets meri əlavə edib.

A.Kulçinski bildirib ki, Azərbaycan xarici ölkələr arasında Turskavetsə gələn qonaqların sayına görə ilk üçlükdədir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla