Valyuta məzənnəsi
Xəbər lentİ

Dostları gəncin intihar etməsində valideynlərini günahlandırıblar

14:53, 11.10.16
azerbaycan, hadise
Dostları gəncin intihar etməsində valideynlərini günahlandırıblar

Dünən Bakı şəhərinin Nizami rayonunda özünü SOCAR-ın gənc mütəxəssisləri üçün yataqxanasının 11-ci mərtəbəsindən ataraq intihar edən Hüseyn Abbasovun yaxın dostu hadisə ilə bağlı lent.az-a danışıb. Adının açıqlanmasını istəməyən tələbə deyib ki, həmişə onun köməyə ehtiyacı olduğunu hiss edib: "Mənə yaxın idi və bacardığım qədər kömək edirdim. İntiharından yarım saat əvvəl təsadüfən yataqxana liftində qarşılaşdıq. Mən dərsdən gəlirdim, o isə 11-ci mərtəbəyə çıxırdı. Soruşdum ki, sən 4-cü mərtəbədə qalırsan, niyə 11-ə çıxırsan? Cavab verdi ki, orada bir nəfərlə görüşəcək və daha sonra Gəncəyə gedəcək. Mən liftdən düşəndən 10 dəqiqə sonra yazdı ki, "haqqını halal elə". Yemək yediyim üçün mesajı gec gördüm".

Yaxın dostu 20 yaşlı Hüseynin ailəsi ilə probleminin olduğunu qeyd edib və dostunun təhsilini başqa sahədə davam etdirmək istədiyini, atasının isə buna qarşı çıxdığını deyib: "O, universitetdən çıxıb başqa nə olur-olsun, oxumaq istəyirdi. Amma atası razı olmurdu".

---------

13:01

Xəbər verdiyimiz kimi, Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi, Gəncə şəhər sakini Abbasov Hüseyn Maarif oğlu özünü Nizami rayonu ərazisində yerləşən tələbə yataqxanasının 11-ci mərtəbəsindən ataraq intihar edib.

Sonuncu kursda olan H.Abbasovun tələbə dostları sosial şəbəkədə ayağa qalxıblar.

Onlar Hüseynin ölümündə valideynlərini günahlandırıblar.

Sözügedən paylaşımı H.Abbasovun bir neçə tələbə yoldaşı da paylaşıb, onun intiharı etməsinə təəssüfləniblər.

Xatırladaq ki, Hüseynin atası Abbasov Maarif lent.az-a bildirib ki, oğlunun bir neçə fəndən kəsirləri olub. O, istintaqa deyib ki, oğlu əlaçı tələbə idi: "Bizə birdən məlum oldu ki, onun 6 fənnin 4-dən kəsiri qalıb. Və uşaq bunun üçün çox həyəcan keçirirdi".

Xeberpress.az big.az-a istinadən H.Abbasovun fotolarını təqdim edir:

Allah rəhmət eləsin!

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla