Valyuta məzənnəsi
Xəbər lentİ
 13:25  Sabahın HAVASI

Acun sözünü tutdu - İlk dəfə təyyarəyə minəcəklər

10:47, 01.11.18
azerbaycan, video
Acun sözünü tutdu - İlk dəfə təyyarəyə minəcəklər

Acun sözünü tutdu - İlk dəfə təyyarəyə minəcəklər

"TV8"in sahibi, aparıcı və prodüser Acun İlıcalı verdiyi sözü tutub.

Xeberpress.az bildirir ki, Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aparıcı bir müddət əvvəl “O səs Türkiyə” proqramını təqlid edərək gündəmə gələn uşaqları tapıb və 2 günlük İstanbula gətirdir.

Türkiyədəki kəndlərdən birində yaşayan uşaqların valideynləri ilə danışılıb və həmin kəndin məktəbindən 50 şagird, 10 müəllim İstanbula dəvət olunub. Şagirdlər ilk dəfə təyyarəyə minəcəklərini və dəniz görəcəklərini bildiriblər.

Qeyd edək ki, bir neçə uşaq adıçəkilən proqramı təqlid edərək telefonda lentə alıb və sosial şəbəkədə paylaşıb. Həmin görüntüləri Acun öz səhifəsində yerləşdirərək “İlk işim sizi tapmaq olacaq” qeydini yazıb. Çəkilən videoda maraqlı məqam isə gənc qızın verilişə “Azərbaycandan qatılıram" sözlərini deməsi olub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla