Valyuta məzənnəsi
Xəbər lentİ

Aşura günü qanvermə aksiyası keçiriləcək yerlər AÇIQLANDI

09:32, 11.10.16
azerbaycan, cemiyyet
 Aşura günü qanvermə aksiyası keçiriləcək yerlər AÇIQLANDI

Azərbaycanda Aşura günü qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısı açıqlanıb.

Xeberpress.az bildirir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, qanvermə ölkə üzrə Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankından başqa, 14 məsciddə təşkil olunacaq.

Qanvermə aksiyalarının təşkil olunacağı məscidlərin 8-i Bakıda, 6-sı isə digər rayon və şəhərlərdə yerləşir.

Aksiyalar Bakıda Mərkəzi Qan Bankında, Yasamal rayonunda "Təzəpir" məscidi və "Hacı Soltanəli" məscidləri, Səbail rayonunda "Bibiheybət" və İçərişəhər "Cümə" məscidləri, Suraxanı rayonu "Qaraçuxur" qəsəbə məscidi, Xəzər rayonu "Mirmövsüm ağa" ziyarətgah-məscidi, Nizami rayonu "Keşlə" qəsəbə məscidi, Nəsimi rayonu "Əjdərbəy" məscidində təşkil olunacaq.

Bununla yanaşı, Sumqayıtda "Cümə" məscidi, Gəncədə "İmamzadə" ziyarətgah-məscidi, Mingəçevirdə "Heydər" məscidi, Şəkidə "Сümə" məscidi, Lənkəranda "Böyük Bazar" məscidi, Bərdədə "Cümə" məscidində də qanvermə aksiyası keçiriləcək.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliya və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.

Qeyd edək ki, Azərbaycanda məhərəmmlik ayı oktyabrın 3-dən başlayıb və sabah Aşura günüdür.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla