Valyuta məzənnəsi
Xəbər lentİ
 13:25  Sabahın HAVASI

Azərbaycan haqqında nə qədər mahnı yazılsa, yenə azdır - Emin Ağalarov

14:43, 26.10.18
azerbaycan, video
Azərbaycan haqqında nə qədər mahnı yazılsa, yenə azdır - Emin Ağalarov

“Mənim Azərbaycanım” mahnısı “Mavi əbədiyyət” mahnısının əsasında yazılıb".

Xeberpress.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə xalq artisti Emin Ağalarov bildirib:

“Mənim Azərbaycanım” mahnısı Müslüm Maqomayevin “Mavi əbədiyyət” mahnısının əsasında yazılıb. Bəstəkar Maksim Fadeyev ilə məsləhətləşəndən sonra istədik ki, bu mahnıda Müslüm Maqomayevin dəst-xətti hiss olunsun. Bunu incə tərzdə etməyə çalışdıq. Klip Bakıda çəkilib".
Qeyd edək ki, “Mənim Azərbaycanım” mahnısına çəkilmiş klip son bir neçə ayda Emin Ağalarovun Azərbaycana həsr edilmiş ikinci klipidir. Müğənni bu mövzuda birinci - Brendon Stounun “Azərbaycan” mahnısına çəkdirdiyi klipi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi günündə təqdim edib.

“Bu klip Azərbaycana həsr edilmiş layihənin bir hissəsidirmi” sualının cavabında Emin deyib:

“Bu, silsilə deyil. İş elə gətirdi ki, Brendon Stounun yazdığı bir mahnı mənim çox xoşuma gəldi. İkinci mahnını isə Maksim Fadeyev yazıb. Mən elə hesab etmirəm ki, Azərbaycana həsr edilmiş mahnıların sayı barədə hər hansı məhdudiyyət ola bilər. Azərbaycan haqqında nə qədər mahnı yazılsa, yenə azdır”.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla