Valyuta məzənnəsi

İnanıram ki, müsbət nəticə qazanacağıq - Quban Qurbanov

14:49, 24.10.18
azerbaycan, idman
İnanıram ki, müsbət nəticə qazanacağıq - Quban Qurbanov

Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində Ukraynanın “Vorskla” klubunu qəbul edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransı keçirib.

Xeberpress.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Bakı Olimpiya Stadionunun konfrans zalında jurnalistlərin qarşısına Miçel Madera ilə çıxan təcrübəli mütəxəssis əvvəlcə sabahkı qarşılaşma haqda düşüncələrini bölüşüb:

- Vacib oyuna çıxırıq. Hər iki komanda xal üzünə həsrətdi. Bu görüş barədə çox danışmağa ehtiyac yoxdu. Oyuna hazırıq və hər birimiz məsuliyyəti başa düşürük. Sabah bizi çətin qarşılaşma gözləyir.

- (M.M.) Bizi çox çətin və önəmli görüş gözləyir. Rəqib güclü komandadı. Hər iki matçda məğlub olsalar da, rəqiblərinə çətinliklər yaşadıblar. Onları təhlil etmişik. Özümüz də matça yaxşı hazırlaşmışıq. İnanıram ki, müsbət nəticə qazanacağıq.

- “Səbail” olayından sonra komandada psixoloji durum necədi?
- Hər şey qaydasındadı. Belə hallar olan şeydi.

- Azarkeşlər məhz “Vorskla” ilə oyunlardan qələbə gözləyir. Bu amil komandanıza əlavə psixoloji gərginlik yaradırmı?

- Sabah ən yaxşı oyunlarımızdan birini göstərməyə çalışacağıq.

- Geryenin durumu nə yerdədi?
- Durumu qaydasındadı. Amma hazırlıq baxımından bir qədər problemləri var. Sabah oynaya bilər.

- Halderssonun adı sabah protokolda yer alacaqmı?

- Buna sabah səhər məşqindən sonra qərar verəcəyik.

- Azarkeşlərin sayının az olacağı gözlənilir. Onlara müraciət etmək istəyərdinizmi?
- Düşünürəm ki, ehtiyac yoxdu. Azarkeşlər hər zaman yanımızda olub. İnanıram ki, sabah da belə olacaq.

- Rəqib hər iki oyunda qol vurub. Buna qarşı hazırsınızmı?
- Bəli, buna diqqət yetirmişik. Çalışacağıq ki, qarşısını alaq.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla