Valyuta məzənnəsi
Xəbər lentİ

"İşğal altında olan maddi və mənəvi abidələrin Bakıda və regionlarda təbliği" adlı tədbir keçirildi - FOTO

14:46, 18.10.18
azerbaycan, cemiyyet
"İşğal altında olan maddi və mənəvi abidələrin Bakıda və regionlarda təbliği" adlı tədbir keçirildi - FOTO

Oktyabr ayının 18-i Beynəlxal Mətbuat Mərkəzində "Demokrtatik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" İctimai Birliyi "İşğal altında olan maddi və mənəvi abidələrin Bakıda və regionlarda təbliği" layihəsi çəçivəsində son hesabat tədbirini həyata keçirib.

Xeberpress.az bildirir ki, tədbirdə dövlət qurumu əməkdaşları, ziyalılar, QHT təmsilçiləri, media nümayəndələri, kollec tələbələri, yeniyetmə və gənclər iştirak edirdilər.

Tədbiri giriş sözü ilə "Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri, eyni zamanda layihə rəhbəri olan Mehriban Abdullayeva açaraq, qonaqları salamlayıb. O, layihə haqqında məlumat verərək, bildirirb ki, rəhbəri olduğu ictimai birliyin həyata keçirdiyi bu layihə işğal altında olan tarixi abidələrimizin tanıdılması, onlar haqqında gənc nəslə detallı informasiyanın verilməsindən, eləcə də ictimaiyyətə bir daha erməni vandalizminə məruz qalmış abidələrimizin tanıdılmasından ibarətdir. Layihəni keçirməkdə əsas məqsədin tarixi yaddaşımızın və dağıdılmış tarixi-mədəniyyət abidələrimizin izlərinin silinməsinin, ya da onların erməni abidələri adı altında saxtalaşdırılmasının qarşısını almaq, həmçinin KİV vasitəsi ilə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində tarixi-mədəni abidələrimizə vurulmuş ziyan barəsində ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəliklərinə, eləcə də onların vasitəsi ilə beynəlxalq ictimaiyyətə əsl həqiqətləri çatdırmaqdan ibarət olduğunu vurgulayıb. Daha sonra təşkilatın sədri fəaliyyət planına uyğun olaraq, layihə dövrü ərzində baş tutmuş tədbirlər haqqında hesabat xarakterli məlumat vermiş, görülmüş işlər barədə söhbət açmışdır.

Tədbirin gedişatında çıxış üçün qonaqlara söz verilmiş, fikirləri dinlənilmişdir. Layihənin ümumi məqsədinə uyğun olaraq, yeniyetmə və gənclərlə edilmiş maarifləndirici söhbətlər, işğal altında olan torpaqlarımızda yerləşən abidələr barəsində kollec tələbələrinə, yeniyetmə və gənclərə informasiyalar analiz edilmişdir. Sonda xatirə şəkli çəkilmişdir.

Qeyd edək ki, "Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" İB "İşğal altında olan maddi və mənəvi abidələrin Bakıda və regionlarda təbliği" layihəsini Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 3 ay müddətdə Quba, Xaçmaz, Şirvan regionları və Bakı şəhərində həyata keçirilib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla