Valyuta məzənnəsi
Xəbər lentİ
 13:23  Sabahın HAVASI

Qəbələdə yanan ərəblərin 2-si Bakıya gətirildi - Nazirlik

11:30, 09.10.18
azerbaycan, hadise
Qəbələdə yanan ərəblərin 2-si Bakıya gətirildi - Nazirlik

Qəbələ rayonunda kirayə yaşadıqları evdə baş verən yanğın zamanı xəsarət alan ərəblərin ikisi Bakıya - Respublika Yanıq Mərkəzinə gətirilib.

Xeberpress.az bildirir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova məlumat verib.

Onun sözlərinə görə, Küveyt vətəndaşı olan həmin şəxslər 1993-cü il təvəllüdlü Əlhəmidi Əhməd Adnan oğlu və 1989-cu il təvəllüdlü Əlhəmidi Nura Adnan qızıdır. Bədən səthlərinin 3 dərəcəli yanığı diaqnozu qoyulan bu xəstələrin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, oktyabrın 8-də səhər saatlarında Qəbələ rayonunun mərkəzində yerləşən fərdi evlərdən birində yanğın baş verib. Hadisə nəticəsində turistlər - bir ailənin 6 üzvü xəsarət alıb, 1 nəfər isə dünyasını dəyişib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla