Valyuta məzənnəsi
Xəbər lentİ

Azərbaycan gimnastları Dünya Kuboklarının qalibləri oldular

09:53, 08.10.18
azerbaycan, idman
Azərbaycan gimnastları Dünya Kuboklarının qalibləri oldular

Azərbaycan gimnastları Dünya Kuboklarının qalibləri oldular

Ötən gün, Portuqaliyanın Lole şəhərində batut gimnastikası və tamblinq üzrə sonuncu Dünya Kuboku öz işinə yekun vurub.

Xeberpress.az-ın Azərbaycan Gimnastika Federasiyasına istinadən verdiyi məlumata əsasən, turnirin son günü il ərzində təşkil olunmuş bütün Dünya Kuboklarının yekun xalları əsasında fərqlənmiş gimnastlara xüsusi kuboklar təqdim edilib. Belə ki, Azərbaycan gimnastı, tamblinq üzrə 2018-ci ilin Avropa Çempionu Mixail Malkin nəticələrə əsasən bütün rəqiblərini üstələyərək, bu kuboka layiq görülüb.

Bununla yanaşı, batut gimnastikası üzrə sinxron proqramda da qadın cütlüyümüz Veronika Zemlyanaya və Svetlana Makştaryova bütün Dünya Kuboklarında topladıqları xal hesabına görə birinciliyi əldə ediblər.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla