Valyuta məzənnəsi
Xəbər lentİ

"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununu keçirib

09:45, 05.10.18
azerbaycan, idman
"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununu keçirib

Ağdamın "Qarabağ" komandası UEFA Avropa Liqasında növbəti oyununu keçirib

Oktyabrın 4-də Ağdamın "Qarabağ" komandası futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Londonun “Arsenal” klubu ilə qarşılaşıb.

Xeberpress.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən görüşdə qonaqlar 0:3 hesabı ilə qalib gəliblər.

Qonaqlar hesabı erkən qolla açıblar. Qarşılaşmanın 4-cü dəqiqəsində "Arsenal" klubunun heyətində Naço Monrealın künc ötürməsini Sokratis Papastathopoulos dəqiq baş zərbəsi ilə tamamlayıb - 0:1. İlk hissə bu hesabla başa çatıb.

Fasilədən sonra ilk dəqiqələrdən irəli atılan ağdamlılar rəqibin qapısı qarşısında bir neçə dəfə təhlükəli vəziyyətlər yaratsa da, istəklərinə çata bilməyiblər. Matçın 53-cü dəqiqəsində qonaqlar hesab arasındakı fərqi iki topa çatdırıblar. Qapıçı ilə təkbətək qalan Emil Smit Rove fürsəti əldən verməyib - 0:2.

Görüşün başa çatmasına 10 dəqiqə qalmış "Arsenal" klubu yenidən fərqlənib. Matteo Qenduzi adını tabloya yazdırıb - 0:3. Görüş bu hesabla da başa çatıb.

E qrupunun digər oyunu Ukraynada oynanılıb. “Vorskla” klubu doğma meydanda Portuqaliyanın “Sportinq” komandasına 1:2 hesabı ilə məğlub olub.

Xatırladaq ki, ilk turda “Arsenal” “Vorskla”nı (4:2), “Sportinq” isə “Qarabağ” klubunu (2:0) məğlub etmişdi.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla