Valyuta məzənnəsi
Xəbər lentİ

Rusiya və Ermənistan birgə taktiki təlimlər keçirəcəklər

10:38, 07.10.16
azerbaycan, dunya
Rusiya və Ermənistan birgə taktiki təlimlər keçirəcəklər

Rusiya və Ermənistan hərbçiləri "Alagöz" yüksək dağ poliqonunda döyüş atışları ilə müşayiət olunacaq birgə taktiki təlimlər keçirəcəklər.

Xeberpress.az azvision.az-a istinadən bildirir ki, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, təlimlər Rusiya və Ermənistan birləşmiş qoşun qruplaşmasının komandanı general-mayor Andranik Makaryanın ümumi rəhbərliyi altında keçiriləcək.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Baş Əməliyyat və Taktiki İdarəsinin nümayəndə heyəti iyulda Ermənistana səfər edib. Səfərin məqsədi Rusiya və Ermənistan Silahlı Qüvvələrinin birləşmiş qoşun qruplaşması haqqında müqavilənin imzalanmasına dair yekun müzakirənin və hazırlıq işinin aparılması olub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla